Bakı. Məlahət Nəcəfova - APA. Bu gün səhər Əfqanıstanda terrorçu-kamikadze özünü Əfqanıstan Milli Ordusuna məxsus avtobusun qarşısında partladıb.
APA-nın RIA "Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində avtobusun salonunda olan azı 18 hərbçi yaralanıb.
Hadisə Bəlx vilayətinin Məzari-Şərif şəhərində baş verib. Bütün yaralılar hərbi hospitala yerləşdirilib.
Regionda olan heç bir radikal qruplaşma hələlik hadisənin məsuliyyətini üzərinə götürməyib.