Bank Of Baku

Əfqanıstanda törədilən iki partlayış nəticəsində 10 nəfər ölüb

Əfqanıstanda törədilən iki partlayış nəticəsində 10 nəfər ölüb
# 05 avqust 2016 18:18 (UTC +04:00)

Bakı-APA. Əfqanıstanın Paktiya əyalətində törədilən iki partlayış nəticəsində 10 nəfər ölüb.

 

APA-nın Assosiated Press agentliyinə istinadən verdiyi xəbərə görə, içərisində bir ailənin 5 üzvü olan avtomobil minaya düşüb. Daha 5 nəfər traktorun partladılması nəticəsində ölüb. Hər iki hadisə Çamkan rayonunda qeydə alınıb.

 

Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.  Lakin insidentin baş verməsində tez-tez təhlükəsizlik qüvvələri və vətəndaşları hədəfə alan “Taliban” hərəkatı şübhəli bilinir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR