APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, 60 yaşlı livan əsilli Böyük Britaniya vətəndaşı Vabel Abdalla 2008-ci ildən etibarən Kabildə Beynəlxalq Valyuta Fondunun nümayəndəliyinə rəhbərlik edib.
“Bu çox faciəvi xəbərdir. Biz hamımız sarsılmışıq”, - deyə BVF-nin icraçı direktoru Kristin Laqard bildirib.
Son məlumatlara əsasən, cümə günü Kabildə törədilən terror aktı nəticəsində 14 nəfər ölüb.
Partlayış terrorçu-kamikadze tərəfindən həyata keçirilib. Baş verən partlayışın məsuliyyətini “Taliban” hərəkatı öz üzərinə götürüb.