APA-nın “gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, silahlı terrorçuların olduğu 5 avtomobildən ibarət karvan koalisiya təyyarələrinin zərbələrinə tuş gəlib. Nəticədə 45 silahlı öldürülüb, 3-ü isə yaralanıb.
Gilmənd əyalətinin administrasiyasının rəsmi nümayəndəsi Ömər Zavak qeyd edib ki, zərbələr iyulun 26-ı axşam saatlarında Bəhrəmçə şəhərciyinin yaxınlığına endirilib.