Bank Of Baku

Əlaəddin Burucerdi: “BƏƏ iranlıları deportasiya etməsinin əvəzini ödəyəcək”

Əlaəddin Burucerdi: “BƏƏ iranlıları deportasiya etməsinin əvəzini ödəyəcək”
# 02 avqust 2013 04:54 (UTC +04:00)

Bakı . Real Cəfərli – APA. İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Əlaəddin Burucerdi Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) xəbərdarlıq edib. APA-nın İRİB-ə istinadən məlumatına görə, Ə.Burucerdi bildirib ki, BƏƏ bu ölkədə yaşayan iranlıları deportasiya etməsinin əvəzini ödəyəcək: “İran hökumətinin BƏƏ ilə iqtisadi və ticarət əlaqələrinin səviyyəsini azaltmaq üçün qısa zamanda lazımi addım atması zəruridir. Çünki bu ölkədə yaşayan iranlıların Əbu Dabi və Şarcə bölgələrindən deportasiya edilməsi mühüm və kədərli bir hadisədir. İranlılar on illərdir həmin ölkədə yaşayırlar və BƏƏ-nin inkişafında mühüm rolları olub. Bu ölkənin belə davranmağa haqqı yoxdur. İran Xarici İşlər Nazirliyindən məsələni diqqətdə saxlamasını və Həsən Ruhaninin rəhbərliyi altında qurulacaq yeni hökumətin də iranlıların haqqını axtarmaq üçün lazımı addımlar atmasını istəyirəm”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR