Bakı. Real Cəfərli - APA. İranın cənubunda yerləşən Buşəhr Atom-Elektrik Stansiyasının (AES) təhlükəsizliyi lazımi səviyyədə təmin edilib.
APA-nın İRİB-ə istinadən məlumatına görə, İranın xarici işlər naziri Əli Əkbər Salehi bildirib.
Onun sözlərinə görə, bəzi ölkələrin stansiyanın təhlükəsizliyi ilə bağlı narahatlıqları tamamilə yersizdir: “Buşəhr AES zəlzələ kimi təbii fəlakətlərə davamlıdır”.