Bank Of Baku

Əli Əkbər Salehi İranın vitse-prezidenti olacaq

Əli Əkbər Salehi İranın vitse-prezidenti olacaq
# 16 avqust 2013 00:54 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. Əli Əkbər Salehinin İran Atom Enerjisi Təşkilatının rəhbəri təyin ediləcəyi təsdiqlənib. APA-nın İRNA-ya istinadən məlumatına görə, İran prezidentinin müşaviri Məhəmmədrza Sadiq bildirib ki, Həsən Ruhani Ə.Salehini bu vəzifəyə layiq görüb: “Ə.Salehi həmçinin İranın vitse-prezidenti vəzifəsini icra edəcək”. 

 

Qeyd edək ki, Ə.Salehi İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın hökumətində 2.7 il xarici işlər naziri vəzifəsini icra edib. O, həmçinin 2009-2010-cu illərdə İran Atom Enerjisi Təşkilatının rəhbəri olub. Ə.Salehi İranın eks-prezidenti Məhəmməd Xatəminin hökumətində, yəni 1997-2005-ci illərdə İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (ABEA) nümayəndəsi, Əliəkbər Haşimi Rəfsəncaninin hakimiyyəti zamanı isə elm, tədqiqat və texnologiya nazirinin müavini vəzifələrində çalışıb. O, 1949-cu ildə Kərbəla şəhərində anadan olub, 1968-ci ildə Beyrut-Amerikan Universitetində mexanika mühəndisliyi təhsili alıb. 1977-ci ildə ABŞ-ın M.İ.T. Universitetində nüvə mühəndisliyi üzrə doktorluq dərəcəsi alıb. O, 1982-1984 və 1989-1993-cü illərdə Tehran Şərif Sənaye Universitetinin rektoru olub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR