Bank Of Baku

Ərdoğan: Qaziantepdə partlayışı 12-14 yaşlı uşaq törədib, ölənlərin sayı 51 nəfərə çatıb

Ərdoğan: Qaziantepdə partlayışı 12-14 yaşlı uşaq törədib, ölənlərin sayı 51 nəfərə çatıb
# 21 avqust 2016 15:05 (UTC +04:00)

Bakı-APA. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep şəhərində toy mərasimində partlayışın 12-14 yaşlı canlı bomba tərəfindən törədildiyini bildirib.

 

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan deyib ki, toy mərasimində 12-14 yaşlı uşaq özünü partladıb, ya da uşağın üzərindəki partlayıcı qurğu kənardan işə salınıb.

 

Türkiyə prezidenti partlayış nəticəsində ölənlərin sayının 51 nəfərə çatdığını, 17-i ağır olmaqla, 69 yaralının müalicəsinin davam etdirildiyini qeyd edib. R. T. Ərdoğan hüquq-mühafizə orqanlarının ilkin versiyasının partlayışın İŞİD terror təşkilatı tərəfindən törədildiyi olduğunu da nəzərə çatdırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR