Bakı-APA. Fars körfəzində kəskin hava şəraitinin hökm sürməsi səbəbindən İraqın Bəsrə limanından neftin ixracı iyunun 8-də 864 min barelədək azalıb.
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, iyunun 7-də bu göstərici 2,23 milyon barel təşkil edib.
Güclü fırtına neftlə yüklənmiş tankerlərin limandan yola düşməsinə imkan vermir.