Bank Of Baku

Ficidə güclü qasırğa nəticəsində 29 nəfər ölüb

Ficidə güclü qasırğa nəticəsində 29 nəfər ölüb
# 22 fevral 2016 23:22 (UTC +04:00)

Bakı-APA. Ficidə baş verən güclü qasırğa nəticəsində ölənlərin sayı 29-a çatıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, ölənlərin sayının artacağı istisna olunmur.

 

“Uinston” qasırğası paytaxt Suvada 140 evi dağıdıb. Ficinin ən iri adalarından biri olan, ölkə əhalisinin 70%-in yaşadığı Vit-Levuda 680 ev tam, 425 ev isə qismən dağılıb.

 

Minlərlə insan evlərini tərk edərək müxtəlif sığınacaq və təxliyə mərkəzlərinə üz tutub.

 

Qeyd edək ki, fevralın 20-də Fici hökuməti ölkədə təbii fəlakət rejimi elan edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR