Bakı-APA. Filippin sahilləri yaxınlığında göyərtəsində 700-dək sərnişin olan bərə yük gəmisi ilə toqquşub. APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Assosiated Press agentliyi xəbər yayıb.
Hazırda hadisə yerində xilasetmə əməliyyatı keçirilir. Ölən və xəsarət alanlar barədə məlumat verilmir.