Bank Of Baku

Filippində bərə qəzasında ölənlərin sayı 24-ə çatıb, 300 nəfər itkin düşüb - YENİLƏNİB

Filippində bərə qəzasında ölənlərin sayı 24-ə çatıb, 300 nəfər itkin düşüb - <span style="color: red;">YENİLƏNİB
# 17 avqust 2013 02:07 (UTC +04:00)

Bakı-APA. Filippin sahilləri yaxınlığında bərənin yük gəmisi ilə toqquşması nəticəsində ölənlərin sayı 24-ə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Frans Press agentliyinin yerli hakimiyyət orqanlarına istinadən yaydığı xəbərdə bildirilir.

 

Həmçinin 300 sərnişinin itkin düşdüyü bildirilir. 

 

*** 22.25

 

Bakı-APA. Filippin sahilləri yaxınlığında bərənin yük gəmisi ilə toqquşması nəticəsində 13 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə “Röyter” agentliyinin sahil mühafizəsinin açıqlamasına istinadən yaydığı xəbərdə bildirilir.

 

Həmçinin 690 nəfərin xilas edildiyi bildirilir.

 

*** 21.42

 

Bakı-APA. Filippin sahilləri yaxınlığında bərənin yük gəmisi ilə toqquşması nəticəsində 2 nəfər ölüb, 600-dən çox adam itkin düşüb. APA-nın məlumatına görə, bu barəbə “RİA Novosti”nin yaydığı xəbərdə bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR