Bank Of Baku

Filippində zəlzələ nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB-2

Filippində zəlzələ nəticəsində ölənlərin sayı artıb - <span style="color: red;">YENİLƏNİB-2
# 11 fevral 2017 04:08 (UTC +04:00)

Filippində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 15-ə çatıb, 100-dən çox insan müxtəlif dərəcəli xəsarət alıb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, Mindanao adasında hotel və körpü dağılıb, bir çox yaşayış binası və tikililərə ziyan dəyib. 

 

İçməli su və elektrik enerjisinin verilişlərində problemlər yaranıb. Uçuş-enmə zolağında çatlar əmələ gəldyi üçün Suriqao şəhərinin hava limanı bağlanıb.

 

Ötən axşam Filippinin Mindanao adasında 6,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Talisay şəhərindən 2 km cənub-qərbdə yerləşib.

 

***

 

Filippində baş verən zəlzələ nəticəsində 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ötən axşam Filippinin Mindanao adasında 6,7 bal gücündə zəlzələ baş verib.

 

Yeraltı təkanların episentri Talisay şəhərindən 2 km cənub-qərbdə yerləşib.

 

Bundan əvvəl təbii fəlakət nəticəsində 2 nəfərin xəsarət aldığı bildirilirdi. 

 

***

 

21:53

 

Filippində baş verən zəlzələ nəticəsində iki nəfər xəsarət alıb, bir neçə yaşayış evinə ziyan dəyib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bəzi ərazilərdə elektrik enerjisi kəsilib.

 

Bu gün Filippinin Mindanao adasında 6,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Butuan şəhərindən 96 km, Talisay şəhərindən isə 2 km cənub-qərbdəa, ocağı isə 10 km dərinlikdə yerləşib.

 

***

 

20:09

 

Filippinin Mindanao adasında 6,7 bal gücündə zəlzələ baş verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Butuan şəhərindən 96 km aralıda, ocağı isə 10 km dərinlikdə yerləşib.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR