Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində 1988-ci il təvəllüdlü H. Oktyabrski hər iki bazu nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
İlkin məlumata görə, 38 yaşlı kişi aralarında yaranmış mübahisə zamanı qardaşı oğlu tərəfindən bıçaqlanıb.
Hadisə törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü R.Oktyabrsiky polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində saxlanılıb.
Faktla bağlı polis araşdırma aparır.
TƏBİB-dən APA-ya verilən xəbərə görə, iulun 7-də saat 23:50 radələrində 1988-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Hər iki bazu sümüyünün kəsilmiş, deşilmiş yarası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.