Bank Of Baku

Gələn həftə İranla “altılıq” ölkələri arasında mütəxəssislər səviyyəsində üç toplantı keçiriləcək

Gələn həftə İranla “altılıq” ölkələri arasında mütəxəssislər səviyyəsində üç toplantı keçiriləcək
# 22 oktyabr 2013 10:33 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Gələn həftə İranla “altılıq” ölkələri arasında mütəxəssislər səviyyəsində üç toplantı keçiriləcək.

 

APA-nın İran mətbuatına istinadən məlumatına görə, bunu İranın xarici işlər nazirinin beynəlxalq və hüquq məsələlər üzrə müavini Seyid Abbas Əraqçı bildirib.

 

Onun sözlərinə görə, yığıncaqların harada keçiriləcəyi hələlik dəqiqləşməyib: “Bununla bağlı bu gün və ya sabah son qərarın veriləcəyini ehtimal edirəm. Toplantı oktyabrın 28-29-da İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında Vyanada keçiriləcək növbəti danışıqlardan sonra reallaşacaq”.

 

Qeyd edək ki, oktyabrın 15-16-da İranla “altılıq” ölkələri arasında Cenevrədə keçirilmiş nüvə müzakirələrində nüvə, elm və sanksiya mövzusunda mütəxəssislər səviyyəsində komitələr yaradılması qərara alınıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR