Bank Of Baku

Haşimi Rəfsəncani prezident seçkilərində səs verib

Haşimi Rəfsəncani prezident seçkilərində səs verib
# 14 iyun 2013 06:55 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncani prezident seçkilərində səs verib. APA-nın məlumatına görə, səsvermə zamanı onu həyat yoldaşı və qızı müşayiət edib.

 

Bundan əlavə, İran Ekspertlər Şurasının (Xubreqan) sədri, ayətullah Məhəmmədrza Məhdəvi Kəni və İran Konstitusiyasına Nəzarət Şurasının katibi, ayətullah Əhməd Cənnəti də səs verib.

 

Qeyd edək ki, bu gün yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 08:30) İranda XI dövr prezident seçkilərində səsvermə başlayıb. İlk dəqiqələrdə İranın ali dini lideri ayətullah Əli Xamneyi Tehran şəhərindəki İmam Xomeyni məscidində yaradılmış seçki məntəqəsində səs verib. Səsvermə 10 saat davam edəcək və yerli vaxtla 18:00-da (18:30) başa çatacaq. Zərurət yarandığı təqdirdə səsvermənin müddəti artırıla da bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR