Bank Of Baku

Həsən Ruhani: “İran Suriya konfransından ümidli deyil”

Həsən Ruhani: “İran Suriya konfransından ümidli deyil”
# 22 yanvar 2014 10:04 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İran Suriya böhranının həlli məqsədilə yanvarın 23-də İsveçrədə keçirilməsi planlaşdırılan beynəlxalq konfransdan ümidli deyil”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani bildirib.

 

Onun sözlərinə görə, Suriya xalqına yardım göstərməyin və terrorizmlə mübarizə aparmağın tərəfdarı olan İran bu ölkədə sülh və sabitliyin bərqərar olmasını istəyir: “Cenevrə konfransı Suriyada yalnız sülh və sabitliyi təmin etmək məqsədi güdsə, müvəffəqiyyətli ola bilər. Ancaq terrorçulara dəstək verən bəzi ölkələrin konfransa qatılması səbəbindən tədbirin terrorizmlə mübarizədə müvəffəqiyyətli olacağına ümid bağlamamaq lazımdır”. 

 

H.Ruhani həmçinin deyib ki, prezident seçkilərindən sonra İrana qarşı düşüncələr dəyişib: “Bu baxımdan İran Dünya İqtisadi Forumuna prezident səviyyəsində dəvət edilib. Eyni zamanda bu forumda İran iqtisadiyyatının dünya ilə əlaqələrini və vizyonunu açıqlayacağıq. İranın iqtisadi, siyasi və regional düşüncələrini izah etmək üçün Davos forumu yaxşı fürsətdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR