Bakı. Real Cəfərli - APA. İran prezidenti Həsən Ruhani ilə Misirin müvəqqəti prezidentinin beynəlxalq məsələlər üzrə müavini Məhəmməd əl-Baradey arasında telefon danışığı olub. APA-nın xəbərinə görə, M. əl-Baradey H. Ruhanini İran prezidenti kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib. O, Misirdəki son dəyişikliklər barədə H. Ruhaniyə məlumat verib və Qahirə ilə Tehran arasındakı əməkdaşlığın genişləndirilməsinə ümid etdiyini bildirib.