Bank Of Baku

Hindistanda avtobus qatarla toqquşub, 13 şagird ölüb

Hindistanda avtobus qatarla toqquşub, 13 şagird ölüb
# 26 aprel 2018 08:13 (UTC +04:00)

Hindistanın şimalında, Uttar Pradeş əyalətində məktəbliləri daşıyan avtobus və qatarın toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın BBC-ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 13 şagird və sürücü ölüb, 8 nəfər xəsarət alıb.

 

Məlumata görə, ölənlərin hamısının yaşı 10-dan azdır. Məktəb avtobusunda təxminən 20-30 nəfərin olduğu deyilir.

 

Avtobus sürücüsü qəza anı musiqiyə qulaq asdığından diqqəti yayınıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR