Hindistanda baş verən kütləvi iğtişaşlar nəticəsində 21 nəfər ölüb

Hindistanda baş verən kütləvi iğtişaşlar nəticəsində 21 nəfər ölüb
# 11 iyul 2016 00:30 (UTC +04:00)

Bakı-APA. Hindistanın Kəşmir əyalətində baş verən kütləvi iğtişaşlar nəticəsində 21 nəfər ölüb, 230 nəfər xəsarət alıb.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, iyulun 8-dən başlayan iğtişaşlara səbəb “Hizbul-Mücahidin” separatçı qruplaşmasının 3 üzvünün təhlükəsizlik qüvvələri tərəfindən məhv edilməsi olub.

İyulun 9-da Kəşmirdə polis bölməsinə yerli sakinlər tərəfindən edilən hücum nəticəsində 3 asayiş keşikçisi itkin düşüb.

Qeyd edək ki, Pakistan “Camaati-İslami” partiyasının hərbi qanadı olan “Hizbul-Mücahidin” artıq 25 ildir Kəşmirin Hindistandan ayrılaraq Pakistana birləşməsi uğrunda mübarizə aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR