Bakı-APA. Hindistanın Cammu və Kəşmir ştatında baş verən silahlı insident nəticəsində 5 hərbçi ölüb, 3 silahlı məhv edilib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, fevralın 20-də naməlum silahlılar Srinaqare şəhəri yaxınlığında hərbi konvoya hücum ediblər.
Silahlı qarşıdurma nəticəsində Hindistan Silahlı Qüvvələrinin 5 hərbçisi ölüb, 10-u yaralanıb. Döyüşdən sonra silahlılar şəhərdə yerləşən təhsil müəssisəndə gizləniblər. Binanı mühasirəyə alan təhlükəsizlik qüvvələri ilə silahlılar arasında atışma fasilələrlə iki sutka davam edib. Fevralın 22-də Cammu və Kəşmir ştatının rəsmiləri binada gizlənən 3 silahlının məhv edildiyini bildirib.
İlkin məlumata əsasən, hücumu Pakistanda fəaliyyət göstərən “Laşkar-e-Tayba” terrorçu qruplaşması təşkil edib.