APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Times of India nəşri məlumat yayıb.
70-dək insanın hələ də uçqun altında qaldığı bildirilir.
Hadisə yerində xilasetmə işləri aparılır.
Qeyd edək ki, bu son sutka ərzində artıq 2-ci analoji hadisədir. Bundan əvvəl paytaxt Nyu Dehlidə 3 mərtəbəli binanın uçması nəticəsində 11 nəfər ölüb.