Bank Of Baku

Hüseyn Zülfüqari: “İranla Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq yüksək səviyyədədir”

Hüseyn Zülfüqari: “İranla Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq yüksək səviyyədədir”
# 20 iyun 2016 01:38 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. İran və Azərbaycan arasında mövcud olan sərhədlərdə  heç bir problem yoxdur, iki ölkənin təhlükəsizlik  sahəsində əməkdaşlığı yüksək səviyyədədir. 

 

Bunu APA-nın  Tehran bürosuna açıqlamasında  İranın  daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini  Hüseyn Zülfüqari  deyib.
 

H.Zülfüqari  son günlər İranın şimal-qərbində  terrorçularla  baş verən atışmalara  da toxunub: “Hazırda həmin bölgədə təhlükəsizlik tam təmin olunub.  Silahlı  terrorçu qruplaşma  üzvləri ilə sərhəddə bir-iki dəfə atışmalar qeydə alınıb. Bu zaman terrorçulardan bir neçəsi məhv edilib”.
 

H.Zülfüqari çox sayda  Əfqanıstan vətəndaşlarının İranda məskunlaşdığını da qeyd edib: “Baxmayaraq ki, ötən il  qanunsuz  miqrantların çoxunu  geri göndərmişik, Əfqanıstan vətəndaşlarının ölkəmizə axını davam edir.  Təcrübə göstərir ki,  1 milyon  miqrantı  qanuni  şəkildə  qəbul etdikdə, o qədər də insan qeyri-qanuni yollarla  ölkəyə daxil olur, ölkəyə miqrantların qanunsuz daxil olma cəhdlərinin sayı artır. Əfqanıstan  hökuməti bu kimi hallara məsuliyyətli yanaşmalı, öz vətəndaşlarının köçməsinin qarşısını almalıdır. Öz növbəsində, BMT İrana bu sahədə yardımlarını artırmalıdır. Çünki, hazırki yardımlar xərcləri ödəmir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR