Bank Of Baku

İndoneziya prezidenti Cakartada baş verənləri terror adlandırıb

İndoneziya prezidenti Cakartada baş verənləri terror adlandırıb
# 14 yanvar 2016 09:04 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İndoneziya prezidenti Coko Vidodo paytaxt Cakartada baş vermiş partlayışları terror aktı adlandırıb.

 

APA-nın “Frans Press”ə istinadən verdiyi məlumata görə, o, xalqını bu hadisələrdən qorxmamağa çağırıb.

 

“Ümid edirəm ki, cəmiyyət sakit qala biləcək. Təhlükəsizliyimizi pozan, insanlar arasında qorxu yaradan bu hadisəni pisləyirik”, - deyə o vurğulayıb. 

 

Xatırladaq ki, bu gün səhər saatlarında Cakartanın müxtəlif yerlərində baş vermiş partlayışlar nəticəsində 6 nəfər ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR