APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində onlarla insan itkin düşmüş hesab olunur. Avstraliyanın “Daily Telegraph” qəzetinin məlumatına görə, gəminin göyərtəsində İran və Şri-Lankadan olan 170-dək qaçqın olub. Onlardan təxminən 120 nəfəri xilas etmək mümkün olub.
Xilasetmə əməliyyatını İndoneziya qurumları həyata keçirir.
KİV-lərin məlumatına görə, bu ilin yanvarın 1-dən Avstraliyaya gəmi vasitəsilə 13 mindən çox qaçqın pənah gətirib.