Bakı – APA. Iyulun 5-də İndoneziyanın Şimali Sumatra əyalətində 5,9 bal gücündə zəlzələ baş verib.
APA-nın Sinxua agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Nias Utara bölgəsindən 91 km şimali-qərbdə, ocağı 10 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.