Bank Of Baku

İndoneziyada 5 nəfər vulkan püskürməsi nəticəsində ölüb

İndoneziyada 5 nəfər vulkan püskürməsi nəticəsində ölüb
# 10 avqust 2013 17:56 (UTC +04:00)

Bakı-APA. İndoneziyanın Palue adasında Rokatenda vulkanının püskürməsi nəticəsində 2-si uşaq olmaqla 5 nəfər dünyasını dəyişib.

 

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, ölən şəxslərin qadağan ərazidə yerləşən  çimərliyə hansı yolla keçməsi xilasedicilərə məlum deyil.    

 

Keçən ilin oktyabrından yerli hakimiyyət yüksək dərəcəli təhlükə elan edərək əhaliyə Rokatenda  vulkanının kraterinə 3 km-dən yaxın əraziyə buraxmır. 

 

Əvvəlki püskürmə zamanı kül və qaya parçaları 2 km hündürlüyə atılmışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR