Bakı-APA. İordaniya-Suriya sərhədində çox sayda silah-sursat aşkarlanaraq götürülüb.
APA-nın “Əl-Ərəbiyyə” telekanalına istinadən verdiyi xəbərə görə, əməliyyatı İordaniya sərhədçiləri həyata keçirib.
Telekanalın məlumatına görə, silah-sursat partiyasını Suriyaya keçirmək nəzərdə tutulubmuş.
Silahın qiyamçılar yaxud hökumət qüvvələri üçün nəzərdə tutulduğu barədə xəbər verilmir.