Bank Of Baku

İran-Ermənistan əlaqələrinin genişlənməsinə etiraz edən azərbaycanlı fəalların məhkəmə prosesi başlayıb

İran-Ermənistan əlaqələrinin genişlənməsinə etiraz edən azərbaycanlı fəalların məhkəmə prosesi başlayıb
# 20 iyun 2013 00:54 (UTC +04:00)

APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 12:00-dan 14:00-dək baş tutan məhkəmə prosesində azərbaycanlı fəallar qanunsuz qruplara üzv olmaqda və ölkənin milli təklükəsizliyinə xələl vurmaqda günahlandırılıblar. Ancaq D. Əzimzadə və B. Xaliqi onlara qarşı irəli sürülmüş ittihamları rədd ediblər. Prosesdə azərbaycanlı fəalları vəkillər Fatimə Səttari və Cəfər Əfşarniya müdafiə ediblər. Məhkəmə prosesi davam edir. 

Qeyd edək ki, D. Əzimzadə 2012-ci il dekabrın 27-də Marağa şəhərində İranın Şərqi Azərbaycan vilayətinin təcavüzkar Ermənistanla əlaqələrini genişləndirməsinə etiraz olaraq keçirilmiş aksiyada iştirak etdiyi üçün həbs olunub. Həbs müddətinin yarısını İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) təcridxanasında keçirən azərbaycanlı fəal ağır işgəncələrə məruz qalıb. D. Əzimzadə martın 14-də 500 milyon riyal zəmanətlə azadlığa buraxılıb.
“İşıq” kitab mağazasının sahibi olan B. Xaliqi isə ETTELAAT əməkdaşları tərəfindən yanvarın 13-də Binab şəhərində mənzilində tutulub. Evdə yoxlama aparılıb, azərbaycanlı fəala məxsus kompüter və Azərbaycan dilində nəşr etdiyi kitablar götürülüb. B. Xaliqi də 2012-ci il dekabrın 27-də İranın Şərqi Azərbaycan vilayəti ilə Ermənistan arasında əlaqələrin genişlənməsinə etiraz olaraq Marağanın “Müsəlla” meydanında keçirilmiş aksiyada iştirak etdiyinə görə həbs olunub. Azərbaycanlı fəal bu il fevralın 20-də günorta saatlarında sərbəst buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR