Bakı. Real Cəfərli - APA. Bu gün İranda müasir hava hücumundan müdafiə sistemi istehsal edəcək zavodun açılışı olub. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, “Herz-9” adlanan sistemin istehsalına İranın müdafiə naziri, general-mayor Əhməd Vəhidinin iştirakı ilə start verilib. Ə. Vəhidi bildirib ki, “Herz-9” tamamilə yerli mütəxəssislərin dizaynı ilə hazırlanıb və davamlı şəkildə istehsal olunacaq: “Bu ağıllı sistem hədəfi ən kiçik hündürlükdə məhv etmək qabiliyyətinə malikdir. Digər üstünlüyü də gecə vaxtı hədəfini yox edə bilmək və çox qısa müddətdə müdafiəyə hazırlana bilmək qabiliyyətidir”.