Bank Of Baku

İran “islahatçılar”ı səs verəcəkləri prezidentliyə namizədi müəyyənləşdirirlər

İran “islahatçılar”ı səs verəcəkləri prezidentliyə namizədi müəyyənləşdirirlər
# 06 iyun 2013 12:58 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranda gələn həftə keçiriləcək seçkilərdə islahatçılar düşərgəsinin hansı islahatçı prezidentliyə namizədi dəstəkləyəcəyi məlum olacaq.

 

APA-nın İLNA-ya istinadən məlumatına görə, İslahatçılar Cəbhəsinin Koordinasiya Şurasının sözçüsü Həmid Qəzvini bildirib ki, növbəti üç gün ərzində bu barədə qərar qəbul ediləcəyinə ümidlidirlər: “İyunun 5-də İslahatçılar Cəbhəsinin Koordinasiya Şurası ilə İran prezidentliyinə namizəd Məhəmmədrza Arif arasında görüş keçirilib. Arif islahatçılar düşərgəsində böyük nüfuza malikdir. Həsən Ruhaninin də islahatçıların baxışlarına yaxınlığı var. Bu səbəbdən üç gün ərzində islahatçıların onlardan hansını dəstəkləyəcəyi məlum olacaq”.

 

Qeyd edək ki, İranda prezident seçkiləri iyunun 14-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR