Bakı. Real Cəfərli - APA. İran ən müasir snayperini təqdim edib. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, “Siyavuş” adı verilmiş snayper yerli mütəxəssislər tərəfindən istehsal edilib.
Bu silah bir sıra xüsusiyyətlərinə görə İran Silahlı Qüvvələrində istifadə olunan snayperlərdən fərqlənir. Belə ki, “Siyavuş”u digərlərindən fərqləndirən əsas xüsusiyyət darağının 5 güllə tutmasıdır.
Silah İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) baş komandanı general Məhəmməd Əli Cəfərinin iştirakı ilə “Sepah”ın Quru Qoşunlarının yeni hərbi məhsullarının təqdimat mərasimində ictimaiyyətə nümayiş etdirilib.