Bank Of Baku

İran BMT Təhlükəsizlik Şurasında ölkə ilə bağlı açılmış təhqiqat işinin bağlanmasını istəyir

İran BMT Təhlükəsizlik Şurasında ölkə ilə bağlı açılmış təhqiqat işinin bağlanmasını istəyir
# 08 iyun 2013 12:45 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “İran prezident seçkilərini gözləmədən “altılıq” ölkələri ilə nüvə müzakirələri aparmağa hazırdır”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın Rusiyadakı səfiri Mahmudrza Səccadi bildirib.

 

Onun sözlərinə görə, müzakirələr üçün dəqiq tarix hələ müəyyənləşdirilməyib: “Ancaq İran mövcud şərtlərdə belə müzakirələr üçün görüşməyə hazırdır”.

 

M. Səccadi deyib ki, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) onlar üçün şübhəli qalan mövzularla bağlı protokol imzalamağa çağırıb: “İran da buna qarşılıq olaraq BMT Təhlükəsizlik Şurasında barəsində açılmış təhqiqat işinin bağlanılmasını gözləyir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR