Bank Of Baku

İran hakimiyyətinə müxalif siyasətçi həbs edilib

İran hakimiyyətinə müxalif siyasətçi həbs edilib
# 28 iyun 2013 08:16 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran hakimiyyətinə müxalif siyasətçi həbs edilib. APA-nın məlumatına görə, ixtisasca stomatoloq olan Əli Nəzəri iyunun 26-da iş yerində tutulub. 62 yaşlı siyasətçi hazırda Tehranın Evin həbsxanasının 350-ci bəndində saxlanılır.

 

Qeyd edək ki, Ə.Nəzəri 2010-cu ildə İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) ETTELAAT-ı tərəfindən həbs edilib, 40 gün təkadamlıq kamerada saxlanılıb və daha sonra zəmanətlə azadlığa buraxılıb. Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində mühakimə olunan müxalif siyasətçi 2009-cu ildə keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz aksiyalarında iştirak etdiyinə görə 1 il azadlıqdan məhrum olunub, eyni zamanda barəsində 10 il Zabul şəhərinə sürgün cəzası hökmü çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR