Bakı. Real Cəfərli - APA. İran hökuməti Mahmud Əhmədinejadın prezidentliyi dövründə müxtəlif media qurumları, xəbər agentlikləri və saytları, həmçinin bəzi siyasətçi və millət vəkilləri barəsində qaldırılmış 50-yə yaxın iddianı geri götürüb.
APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran prezidentinin hüquqi məsələlər üzrə müavini xanım İlham Eminzadə bildirib.
Onun sözlərinə görə, bununla bağlı məsələlər yenidən araşdırılaraq Həsən Ruhaniyə təqdim edilib və ölkə prezidenti də belə bir addımın atılması ilə razılaşıb: “Bununla bağlı lazımi məhkəmə orqanlarına məktublar göndərilib”.