Bank Of Baku

İran Konstitusiyasına Nəzarət Şurasının rəhbəri: “İranın gələcək prezidenti sanksiyaların aradan qaldırılması yollarını tapmalıdır”

İran Konstitusiyasına Nəzarət Şurasının rəhbəri: “İranın gələcək prezidenti sanksiyaların aradan qaldırılması yollarını tapmalıdır”
# 17 may 2013 14:15 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “İranın gələcək prezidenti ölkədəki iqtisadi-siyasi problemlərin, eyni zamanda sanksiyaların aradan qaldırılması üçün həll yolları tapmalıdır”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Konstitusiyasına Nəzarət Şurasının (Şura-ye Negəhban) rəhbəri, ayətullah Əhməd Cənnəti bildirib.

 

Onun sözlərinə görə, yeni seçiləcək ölkə prezidenti ən əsas iki xüsusiyyətə sahib olmalıdır: “Bu da “iman” və “təqva”dır. İmansız və təqvasız olan bir idarəçi yolundan azaraq gizli işlərlə məşğul olacaq”.

 

Ə.Cənnəti bəzi prezidentliyə namizədlərin İrana qarşı tətbiq edilmiş sanksiyaların aradan qaldırılması üçün ABŞ-la birbaşa müzakirələr aparmaqla bağlı səsləndirdiyi fikirləri zarafat adlandırıb: “İllərdir ABŞ-ın qanadları altında olan ölkələrdə problemlər yaşanır. Çünki ABŞ heç kimin xeyrinə işləmir. Ona görə də ABŞ-a təslim olmaq ölkənin mənfəətlərinin və məsələlərinin əcnəbilərin ixtiyarına vermək mənasına gəlir”.

 

İran rəsmisi 2009-cu il prezident seçkiləri zamanı ölkədə baş vermiş hadisələrə də toxunub və ad çəkmədən İran Məsləhət Şurasının sədri, eks-prezident Əli Əkbər Haşimi Rəfsəncaniyə eyham vurub: “İranda 2009-cu ildə saxtakarlıq adı altında hakimiyyəti devirməyə cəhd göstərdilər. İndi prezident kreslosuna oturmaq istəyən bəzi namizədlər 2009-cu il hadisələri ilə bağlı mövqelərinə aydınlıq gətirməlidirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR