Bank Of Baku

İran ötən il Türkiyəyə ixrac etdiyi 8,5 milyard kubmetr təbii qazdan 8 milyard dollar qazanc əldə edib

İran ötən il Türkiyəyə ixrac etdiyi 8,5 milyard kubmetr təbii qazdan 8 milyard dollar qazanc əldə edib
# 24 iyul 2013 09:29 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İran 34 milyard kubmetrlə dünyanın ən böyük təbii qaz ehtiyatına sahib olan ölkələrindən biridir”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Milli Qaz Şirkətinin rəhbəri, neft nazirinin müavini Cavad Ovci bildirib.

Onun sözlərinə görə, İran bir neçə ilə gündəlik 200 milyon kubmetr təbii qaz ixrac edəcək: “Ortaq təbii qaz sahələri üçün hazırlanan strateji proqramlar çərçivəsində İran Avropa ölkələrinin mavi yanacağa olan tələbatını qarşılaya biləcək vəziyyətə gələcək”.

 

C. Ovci deyib ki, İran ötən il Türkiyəyə ixrac etdiyi 8.5 milyard kubmetr təbii qazdan 8 milyard dollar qazanc əldə edib: “Müqavilələr 25 il müddətinə imzalandığından hər iki ölkə bütün öhdəliklərini yerinə yetirməyə məcburdur. Hazırda təbii qaz satışında İranın payı 2.5%-dir. Gələcəkdə İranın qaz satışından payı 10%-a yüksələcək. İran və Avropa ölkələri arasında təbii qaz sahəsində imzalanma mərhələsinə gələn müzakirələr aparılır. Avropaya illik olaraq 30 milyard kubmetr təbii qaz tranziti üçün İran və Türkiyə arasında 2012-ci ildə razılaşma əldə olunub. Asaluyədən və Lorestan vilayətinin qərbindən Bazərqana uzanan təbii qaz boru xəttinin inşası davam edir”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR