Bank Of Baku

İran parlamentinin 100 deputatı Rəfsəncani və Məşayinin səlahiyyətinin diqqətlə araşdırılmasını istəyir

İran parlamentinin 100 deputatı Rəfsəncani və Məşayinin səlahiyyətinin diqqətlə araşdırılmasını istəyir
# 15 may 2013 09:19 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran parlamentinin yüz deputatı İran Konstitusiyasına Nəzarət Şurasına (Şura-ye Negahban) müraciət edib.

 

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, məktubda İran Məsləhət Şurasının sədri, eks-prezident Əli Əkbər Haşimi Rəfsəncaninin və ölkə prezidenti Mahmud Əhmədinejadın qudası İsfəndiyar Rəhim Məşayinin səlahiyyəti məsələsinin diqqətlə araşdırılması istənilib. Buna səbəb kimi Rəfsəncaninin, övladlarının və ətrafının 2009-cu il prezident seçkiləri zamanı ölkədə baş vermiş qarşıdurmalarda adlarının hallandırılması göstərilib.

 

Qeyd edək ki H.Rəfsəncani və İ.Məşayi mayın 11-də bu il iyunun 14-də keçiriləcək seçkilərdə iştirak etmək üçün İran prezidentliyinə namizəd kimi qeydiyyata alınması üçün Daxili İşlər Nazirliyinin Seçki Qərargahına ərizə ilə müraciət ediblər. İran parlamentinin 150 deputatı hər iki şəxslə bağlı ayrıca bəyanat veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR