Bank Of Baku

İran parlamentinin 150 deputatı Rəfsəncaniyə qarşı etiraz bəyanatı qəbul ediblər

İran parlamentinin 150 deputatı Rəfsəncaniyə qarşı etiraz bəyanatı qəbul ediblər
# 13 may 2013 07:56 (UTC +04:00)

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, sənəddə H. Rəfsəncaninin İran İslam Respublikasının qurucusu, ayətullah Xomeyninin və ölkənin hazırkı ali dini lideri, ayətullah Əli Xamneyinin ideallarından uzaqlaşdığı bildirilir: “Bu gün biz İsraillə müharibə etməsək də, onlar islam inqilabından bəri bizə qarşı savaş açıblar. Gərək ayətullah Xomeynin İsrailin məhv olmasını islam inqilabının əsas ideallarından saymasını unutmayaq.  Ayətullah Xomeyni və ayətullah Xamneyi həyatları boyunca Fələstin məsələsinin ərəb ölkələrinin problemi kimi təqdim olunmasından çıxıb, müsəlman dövlətlərinin problemləri şəklinə gəlməsinə çalışıblar. Ona görə də Haşimi Rəfsəncaninin məsələyə bu cür yanaşması sadə düşüncədir”.

 

Qeyd edək ki, H. Rəfsəncani iki həftə əvvəl verdiyi müsahibədə bildirib ki, ölkədəki problemləri mərhələli şəkildə həll etmək üçün seçkiyə gedir. Eyni zamanda sabiq prezident İran-İsrail münasibətlərinə də toxunub: “İranla İsrail arasında müharibə yoxdur. İsraillə ərəblər müharibə aparır, biz də onlara kömək edirik”.

 

H. Rəfsəncani İran prezidentliyinə namizəd kimi qeydiyyata alınması üçün Daxili İşlər Nazirliyinin Seçki Qərargahına ərizə ilə müraciət edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR