Bank Of Baku

İran Prezident Administrasiyasının rəhbəri: “İran regionda təhlükəsizlik və sabitlik mərkəzinə çevrilib”

İran Prezident Administrasiyasının rəhbəri: “İran regionda təhlükəsizlik və sabitlik mərkəzinə çevrilib”
# 01 mart 2016 11:03 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev – APA. “Nüvə sazişi və hərtərəfli kompleks tədbirlər planının icrasından sonra investorlar İranda daha rahat sərmayə yatırır”.

 

Bunu APA-nın İran bürosuna açıqlamasında İran Prezident Administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndiyan deyib.


M. Nəhavəndiyan bildirib ki, sazişdən sonra İran regionda təhlükəsizlik və sabitlik mərkəzinə çevrilib: “Bu, ona görə baş verib ki, biz öz xalqımıza güvənirik və demokratiyanı özümüz üçün prioritet seçmişik. Bu gün sübut olunub ki, sabitlik və uğurun açarı xalqa arxalanmaqdır. İran yaxın gələcəkdə dünyanın iqtisadi fenomeninə çevriləcək. Bu, bölgənin və qonşu ölkələrin xeyrinədir”.
 

M. Nəhavəndiyanın fikrincə, regiondakı problemlərin həlli xalqa diqqəti artırmaqdan keçir: “Demokratiya sabitliklə bağlı narahatlıqları aradan qaldırır. Bu, xüsusilə bizim gərgin olan regionumuz üçün şərtdir”.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR