Bank Of Baku

İran prezidenti Davosa yola düşüb

İran prezidenti Davosa yola düşüb
# 22 yanvar 2014 11:33 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran prezidenti Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə yola düşüb.

 

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, H.Ruhani səfər çərçivəsində tədbirin iştirakçılarından olan bir çox ölkələrin liderləri və rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək.

 

Bundan başqa, İran prezidenti beynəlxalq mətbu orqanlara müsahibələr verəcək, beynəlxalq sənaye şirkətlərinin direktorları və bir sıra ölkələrin iqtisadçı ekspertləri ilə fikir mübadiləsi aparacaq. H.Ruhaninin yanvarın 23-də Dünya İqtisadi Forumunun yığıncağında çıxış edəcəyi bildirilir. Eyni zamanda İran prezidentinin tədbir çərçivəsində daha iki toplantıda çıxışı nəzərdə tutulub. H.Ruhanini səfərdə nazirlər, müavinlər, müşavirlər və s. hökumət rəsmiləri müşayiət edir.

 

Qeyd edək ki, bu, İran prezidentinin hökumət başına gəlməsindən sonra xaricə üçüncü səfəri olmaqla yanaşı, Avropaya ilk səfəridir. Bundan əvvəl H.Ruhani Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin liderlərinin zirvə toplantısında və BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Qırğızıstan və ABŞ-da səfərdə olub.

 

Xatırladaq ki, Davos forumu dünya siyasi və biznes elitasının təxminən 2 min təmsilçisinin iştirakı ilə hər il keçirilir. Builki toplantının mövzusu “Dünyanın yenidən qurulması: cəmiyyət, siyasət və biznes üçün nəticələr” olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR