Bank Of Baku

İran prezidenti hökumətin tənqid edilməsinə cavab verib

İran prezidenti hökumətin tənqid edilməsinə cavab verib
# 08 iyun 2013 16:30 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran prezidenti Mahmud Əhmədinejad iyunun 7-də ölkə prezidentliyinə namizədlərin sonuncu televiziya debatı zamanı nüvə proqramı ilə bağlı müzakirələrinə görə, hökumətinin tənqid edilməsinə münasibət bildirib.

 

APA-nın məlumatına görə, M. Əhmədinejad deyib ki, İranın nüvə proqramı ilə bağlı keçirilən müzakirələrə heç bir müdaxiləsi olmayıb və bu məsələyə məsul şəxs olub: “Doqquzuncu və onuncu hökumətdə ilk dəfə olaraq 30-dan artıq böyük layihə icra edilib. Onlardan biri peykin kosmosa buraxılması, digəri isə nüvə nailiyyətləridir”.

 

İran prezidenti vurğulayıb ki, bəziləri əvvəlcə beynəlxalq sanksiyaların ölkəyə təsirini qəbul etmirdilər: “Ancaq indi həmin şəxslər artıq əksini düşünürlər və sanksiyaların ölkəyə təsir göstərdiyini bildirirlər. Bunda isə hökuməti günahlandırırlar. Gələcəkdə sanksiyalarla bağlı məsələyə münasibət bildirəcəyəm və sanksiyaların ölkəyə təsir göstərməsinə görə cavab verəcəyəm”.

 

M. Əhmədinejad bildirib ki, xalqın seçdiyi hökumət hakimiyyətini sürdürmək və xalqının haqqını müdafiəsi üçün inkişaf etməlidir və tərəqqi üçün də kütləvi təşəbbüs lazımdır.

 

İran prezidenti deyib ki, düşmənlər rəsmi Tehranın inkişaf etməsinə qarşıdırlar: “Düşmənlər İranın sürətlə inkişaf etməsini, o cümlədən sosial yardımlar layihəsinin uğurla icra edilməsini görməklə qarşıdurmaları şiddətləndirir və yollarımızı kəsməyə çalışırlar”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR