Bank Of Baku

İran prezidenti məhkəməyə ifadə verməyə çağırılıb

İran prezidenti məhkəməyə ifadə verməyə çağırılıb
# 17 iyun 2013 17:50 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran prezidenti Mahmud Əhmədinejad Tehran vilayətinin Cəza Məhkəməsinin 76-cı şöbəsinə ifadə verməyə çağırılıb. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, M. Əhmədinejadın məhkəməyə İran parlamentinin sədri Əli Laricani və başqa iki nəfərin şikayət ərizəsi əsasında çağırıldığı qeyd edilib. Digər şikayətçilərin isə İran parlamentinin komissiya sədri Məhəmmədəli Purmuxtar və sadə vətəndaş Yaqub Xəlilnejad olduğu bildirilir. İran Konstitusiyasına görə, fiziki və hüquqi şəxslər prezident, vitse-prezidentlər və nazirlər haqqında şikayət edə bilirlər.

 

Qeyd edək ki, Ə. Laricaninin şikayətinin M. Əhmədinejadın fevralın 3-də İran parlamentində qardaşı Fazil Laricani barəsində yaydığı qalmaqallı audioyazı və ittihamlarla bağlı olduğu ehtimal edilir. M. Purmuxtarın şikayətinə səbəb isə prezidentin ötən il ABŞ-ın Nyu-York şəhərində keçirilmiş BMT Baş Assambleyasının yığıncağına özü ilə bərabər 125 nəfəri aparması və bunun da ölkə üçün xeyli xərcə başa gəlməsidir.

 

Bu arada İran prezidentinin rəsmi internet səhifəsində yerləşdirilmiş məlumatda bu addımın qeyri-qanuni olduğu vurğulanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR