Bakı. Real Cəfərli - APA. İran prezidentinin yanvarın ayının sonlarında Almaniyaya səfəri gözlənilir. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı yazıb. Xəbərdə bildirilir ki, Həsən Ruhani 31 yanvar – 2 fevral tarixləri arasında keçirilməsi planlaşdırılan Münhen beynəlxalq təhlükəsizlik konfransına dəvət edilib.