Bank Of Baku

İran prezidenti Oman və Küveytə səfər edəcək

İran prezidenti Oman və Küveytə səfər edəcək
# 14 fevral 2017 09:55 (UTC +04:00)

İran prezidenti Həsən Ruhani sabah Oman və Küveytə səfər edəcək.

 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezident Administrasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz İsmaili deyib. 
 

O bildirib ki, Ruhani Omanda bir sıra görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı perspektivləri və regional məsələlər müzakirə olunacaq. Həmçinin özəl sektorla dövlət qurumları arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılacaq.

 

Günün ikinci yarısında H. Ruhani Omandan Küveytə yola düşəcək. Küveyt rəsmiləri ilə görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, habelə regionda baş verən proseslər nəzərdən keçiriləcək.

 

İran prezidentinin Küveytə səfəri həmin gün axşam başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR