Bank Of Baku

İran prezidentliyə namizədin nümayəndəsi Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edib

İran prezidentliyə namizədin nümayəndəsi Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edib
# 10 iyun 2013 15:39 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran prezidentliyə namizəd Möhsün Rzayinin nümayəndəsi Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edib.

 

APA-nın “Oyannews”a istinadən məlumatına görə, Əli Əhmədi İRİNN xəbər kanalının “Bitaruf” verilişində bildirib ki, Qafqaz ölkələri tarixən İrana aid olub: “Qafqaz regionunda yerləşən ölkələr coğrafi baxımdan İrandan ayrı olsalar və öz müstəqilliklərini əldə etsələr də, tarixi və kültür baxımından İrandan sayılırlar” .

 

Qeyd edək ki, M.Rzayi 1973-cü ildə Tehranın Elm və Sənət Universitetinin “Mexanika mühəndisliyi” fakültəsində təhsil alıb. 1979-cu ildə İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Mərkəzi Şurasının üzvü olub və iki il müddətinə SEPAH-ın informasiya komandanı vəzifəsində çalışıb. Eyni zamanda 8 illik İran-İraq savaşında SEPAH-ın baş komandanı olub. 2009-cu ildə keçirilmiş prezident seçkilərində iştirak etsə də, yetərli səs toplaya bilməyib. O, hazırda İran Məsləhət Şurasının katibidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR