Bakı. Real Cəfərli – APA. İran prezidentliyinə namizədlər səsvermədə iştirak ediblər. APA-nın məlumatına görə, Əli Əkbər Vilayəti, Həsən Ruhani və Məhəmməd Qərəzi öz səslərini veriblər. Bundan əlavə, tanınmış islahatçılar – prezidentliyə namizədliyini seçkilərə üç gün qalmış geri götürmüş Məhəmmədrza Arif və Natiq Nuri də səsvermədə iştirak ediblər.
Qeyd edək ki, indiyədək İranın ali dini lideri ayətullah Əli Xamneyi, İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncani, İran Ekspertlər Şurasının (Xubreqan) sədri, ayətullah Məhəmmədrza Məhdəvi Kəni və İran Konstitusiyasına Nəzarət Şurasının katibi, ayətullah Əhməd Cənnəti səs veriblər.