Bakı. Real Cəfərli - APA. İran prezidentliyinə namizəd Məhəmmədbağır Qalibaf səsvermədə iştirak edib.
APA-nın məlumatına görə, İranda islahatçılara yaxınlığı ilə tanınan azərbaycanlı ruhani, keçmiş prokuror, ayətullah Əbdülkərim Musəvi Ərdəbili də səs verib.
Qeyd edək ki, indiyədək İranın ali dini lideri ayətullah Əli Xamneyi, İran parlamentinin sədri Əli Laricani, İran Məhkəmə Sisteminin rəhbəri, ayətullah Sadiq Amoli Laricani, İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncani, İran Ekspertlər Şurasının (Xubreqan) sədri, ayətullah Məhəmmədrza Məhdəvi Kəni, İran Konstitusiyasına Nəzarət Şurasının katibi, ayətullah Əhməd Cənnəti, ayətullah Nasir Məkarim Şirazi, ayətullah Hüseyn Nuri Həmədani, ayətullah Cəfər Sübhani, ölkə prezidentliyinə namizədlər Əli Əkbər Vilayəti, Həsən Ruhani və Məhəmməd Qərəzi, tanınmış islahatçılar - seçkilərə üç gün qalmış namizədliyini geri götürmüş Məhəmmədrza Arif və Natiq Nuri səs veriblər.