Bank Of Baku

İran prezidentliyinə namizəd: “Təbriz İran sivilizasiyasının beşiyidir”

İran prezidentliyinə namizəd: “Təbriz İran sivilizasiyasının beşiyidir”
# 21 may 2013 14:41 (UTC +04:00)

APA-nın “Oyannews”a istinadən məlumatına görə, parlamentin keçmiş spikeri tədbirdə bu il iyunun 14-də ölkədə keçiriləcək prezident seçkilərindən, seçki platformasından danışıb, tələbələrin müxtəlif məzmunlu suallarını cavablandırıb.

 

Q.H.Adil ali təhsil müəssisəsində təhsil alan azərbaycanlı tələbələrin suallarına cavab olaraq bildirib ki, İranda təhsil fars dilindədir: “Azərbaycan türkcəsini analarınızdan öyrənmisiniz və belə də davam edəcək. Rəsmi dil olduğu üçün fars dilini öyrənmək lazımdır”.

 

Sabiq spiker deyib ki, İranın etniklərlə heç bir problemi yoxdur: “İstər türk, ərəb və ya fars olsun, heç bir fərqi yoxdur. Biz etniklərin arasında ədalətsizliyə gətirib çıxaracaq addım atmağa heç bir səbəb görmürük”.

 

Daha sonra İran prezidentliyinə namizəd azərbaycanlı tələbələrin VI sinif dərsliyində Təbrizi fars torpağı kimi qələmə verməsi ilə bağlı sualını belə cavablandırıb: “Mən deməmişəm ki, Təbriz camaatının dili farscadır. Mən Təbrizi İran sivilizasiyasının beşiyi hesab edirəm. Əgər siz “Məqbərət-üş-Şüəra”ya (Təbrizdə tanınmış Azərbaycan şairlərinin, mütəfəkkirlərinin dəfn olunduğu yer) getsəniz, həmin qəbirlərdə yatan neçə türkün farsca şeir yazdığını görərsiniz. Mən türk dostlarıma demişəm ki, fars dili İranda yaşayan bütün xalqların ortaq dilidir”.

 

Qeyd edək ki, Q.H.Adil İranın ali dini lideri, ayətullah Əli Xamneyinin qudası, Fars dili və Ədəbiyyatı Akademiyasının rəhbəridir. Sabiq spiker həmçinin İranın ali dini lideri, ayətullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti və Tehran şəhərinin meri (paytaxt bələdiyyəsinin sədri) və İran İslam İnqilabı Keşikçilər Korpusunun keçmiş komandanlarından biri olan Məhəmmədbağır Qalibafla birlikdə yaradılan “2+1” seçki koalisiyasının üzvüdür. Hazırda hər üç şəxs prezidentliyə namizəd kimi qeydə alınmaq üçün İran Daxili İşlər Nazirliyinin seçki qərargahına ərizə ilə müraciət ediblər. Lakin Ə.Vilayəti və Q.H.Adil İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin namizədliyi qeydə alınacağı təqdirdə, namizədliklərini onun xeyrinə geri götürmək niyyətində olduqlarını açıqlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR