Bank Of Baku

İran prezidentliyinə namizədin dövlət televiziyası ilə çıxışı senzuraya məruz qalıb

İran prezidentliyinə namizədin dövlət televiziyası ilə çıxışı senzuraya məruz qalıb
# 27 may 2013 09:11 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran prezidentliyinə namizəd Möhsün Rzayinin dövlət televiziyası ilə çıxışı senzuraya məruz qalıb.

 

APA-nın Almaniyanın “Deutsche Welle” teleradiosunun fars redaksiyasına istinadən məlumatına görə, bu barədə M.Rzayinin seçki qərargahından açıqlama verilib.

 

Məlumatda bildirilir ki, dövlət televiziyası İran prezidentliyinə namizədin çıxışını tam yayımlamayıb və bəzi hissələrini efirə verməyib: “Belə ki, M.Rzayi oğlu İran-İraq müharibəsində şəhid olmuş bir atanın vəziyyətindən danışıb. Həmin vətəndaş İran prezidentliyinə namizədə hazırda daha 5 oğlunun olduğunu, hamısının ali təhsil aldığını, lakin işsiz olduqlarını və maddi-mənəvi baxımdan sıxıntı içərisində yaşadıqlarını bildirib. Şəhid atası problemləri həll olunmayacağı təqdirdə, intihar edəcəyini deyib. Bundan əlavə, M.Rzayinin çıxışındakı hökumətin şəhərlər arasında ayrı-seçkilik siyasəti aparması ilə bağlı hissə də senzuraya məruz qalaraq efirə getməyib”.

 

Qeyd edək ki, M.Rzayi 1973-cü ildə Tehranın Elm və Sənət Universitetinin Mexanika mühəndisliyi fakültəsində təhsil alıb. 1979-cu ildə İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Mərkəzi Şurasının üzvü olub və iki il müddətinə SEPAH-ın informasiya komandanı vəzifəsində çalışıb. Eyni zamanda 8 illik İran-İraq savaşında SEPAH-ın baş komandanı olub. 2009-cu ildə keçirilmiş prezident seçkilərində iştirak etsə də, yetərli səs toplaya bilməyib. O, hazırda İran Məsləhət Şurasının katibidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR